Son dəqiqə

Çin tornado

Çində tornado nəticəsində bir nəfər ölüb, 79 nəfər yaralanıb

Bakı, TurkicWorld

İyulun 5-də Çinin şərqindəki Şandun əyalətinin Dunmin qəzasında baş verən tornado nəticəsində bir nəfər ölüb, 79 nəfər yaralanıb.

TurkicWorld-in məlumatına görə, bu barədə "Xinhua" agentliyi xəbər verib.

Bildirilib ki, əlverişsiz hava şəraiti nəticəsində bir çox fərdi ev və tikililərə də ziyan dəyib.

Yerli fövqəladə hallar idarəsinin məlumatına əsasən, tornado yerli vaxtla təxminən saat 14:30-da başlayıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan zərərçəkənlər tibb müəssisələrinə yerləşdirilib. Hakimiyyət orqanları təbii fəlakətin vurduğu ziyanı qiymətləndirir.

Mövzuya görə xəbərlər