Bakı. TurkicWorld:
ABŞ-ın keçmiş prezidenti Donald Tramp administrasiyasında vitse-prezident postuna kimin namizəd olacağına qərar verib.
TurkicWorld-un məlumatına görə, bu barədə “NBC News” telekanalı məlumat yayıb.
Məlumata görə, Tramp müvafiq bəyanatı Pensilvaniyada tərəfdarlarının mitinqindən əvvəl deyib. Siyasətçi bildirib ki, bu şəxs iyunun 27-də hazırkı Amerika lideri Co Bayden ilə televiziya debatında iştirak edəcək, lakin hələlik respublikaçının seçimini heç kim bilmir.
Kanalın mənbələri qeyd ediblər ki, Trampın vitse-prezidenti vəzifəsinə əsas namizədlər Şimali Dakota ştatının qubernatoru Duqlas Burqum, Ohayo senatoru Ceyms Devid Vens və Florida senatoru Marko Rubiodur.