Bakı. TurkicWorld :
Estoniya Fransadan 12 ədəd "Sezar" özüyeriyən artilleriya sistemi alacaq.
TurkicWorld bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Estoniya Müdafiə İnvestisiya Mərkəzindən qeyd edilir ki, 6 ədəd 155 mm-lik özüyeriyən silah gətirilməli, qalanı isə 2025-ci ilin ortalarına qədər gətiriləcək. Silahın qiyməti isə hələlik açıqlanmayıb.
Qeyd edək ki, Fransa adıçəkilən silahlardan Ermənistana da verib. Onlar 15 ay ərzində İrəvana çatdırılacaq.