Son dəqiqə

İsrail Benyamin Netanyahu

Netanyahunun oğlu İsrail ordusunu xəyanətdə ittiham edib

Bakı,TurkicWorld:

İsrailin baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu 7 oktyabr 2023-cü il hadisələri ilə bağlı ordunu və İsrail Daxili Təhlükəsizlik Agentliyi Şin-Beti (Şabak) xəyanətdə ittiham edib.

TurkicWorld xəbər verir ki, bu barədə Netanyahunun oğlu Yair Netanyahu X sosial media hesabında paylaşım edib. O, İsrail Ali Məhkəməsinin “7 oktyabr uğursuzluqları” ilə bağlı istintaqı iyulda keçiriləcək iclasa qədər dayandırmaq qərarına reaksiya verib.

“Nəyi gizlətməyə çalışırlar? Əgər xəyanət yoxdursa, kənar və müstəqil tərəflərin araşdırmalarından niyə qorxurlar? Oktyabrın 7-də Hərbi Hava Qüvvələri harada idi?”,- deyə paylaşımında qeyd edib.

Netanyahunun oğlu iddia edib ki, Dövlət İstintaq Komitəsinə Ali Məhkəmənin hakimi rəhbərlik edir və buna görə də komitədən solçuları ört-basdır edən komitə kimi istifadə olunur.

Mövzuya görə xəbərlər