Bakı. TurkicWorld:
Şimali Koreya Rusiyaya 4,8 milyon artilleriya mərmisi saxlaya biləcək ən azı 10 min dəniz konteyneri göndərib.
TurkicWorld xəbər verir ki, bu barədə Cənubi Koreyanın müdafiə naziri Şin Von Sik "Bloomberg News"a müsahibəsində deyib.
Nazirin sözlərinə görə, Şimali Koreya Rusiyaya həmçinin onlarla ballistik raket göndərib.
Qeyd olunub ki, bunun müqabilində Moskva Pxenyana kəşfiyyat peyklərini yerləşdirməyə, tank və təyyarələri təkmilləşdirməyə kömək edəcək texnologiyanı ötürüb.