Son dəqiqə

İsrail Qəzza Benyamin Netanyahu

Qəzzadan əsirləri geri qaytarana qədər dayanmayacağıq – Netanyahu

Bakı. TurkicWorld:

Qəzzadan əsirləri geri qaytarana qədər dayanmayacağıq.

TurkicWorld xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu Qəzzada 4 israilli məhbusun xilas edilməsindən sonra verdiyi açıqlamada bildirib.

“Biz missiyanı tamamlayana və Qəzzadakı israilli əsirləri diri və ya ölü evlərinə qaytarana qədər dayanmayacağıq" dedi.

Xatırladaq ki, bu gün İsrail ordusu Nusayrat qaçqınlar düşərgəsindən4 əsiri xilas edib. Noa Arqamani (25 yaş), Almog Meir Jan (21 yaş), Andrey Kozlov (27 yaş) və Şlomi Ziv (40 yaş) əməliyyat nəticəsində xilas olunublar.

Tasnem Ismukhan

Mövzuya görə xəbərlər