Bakı.TurkicWorld :
Rusiya ABŞ-nin nüvə arsenalını artırmaqla bağlı bəyanatlarına reaksiya verəcək.
TurkicWorld xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova yerli KİV-ə deyib.
"Rusiya ABŞ-nin nüvə strategiyasına uyğun olaraq nüvə arsenalını artırmaqla bağlı bəyanatlarına reaksiya verəcək", - XİN nümayəndəsi deyib.
Qeyd edək ki, bir qədər əvvəl Ağ Evin yaydığı məlumatda ABŞ-nin əsas diqqəti rəqabətə yönəltməklə, nüvə silahı üzrə strategiyasına dəyişiklik edəcəyi bildirilib.