Bakı. TurkicWorld:
Londonun bəzi əsas xəstəxanalarının kiber hücuma məruz qalması problemlərə yol açıb.
TurkicWorld Sky News kanalına istinadən xəbər verir ki, Londonun Kings Kollec, Royal Brompton, Evelina London Uşaq Xəstəxanası, həmçinin Qays və St Tomas xəstəxanalarının sistemləri böyük kiber hücuma məruz qalıb.
Kiber hücumun sistemdə yaratdığı problemlərə görə bir çox xəstənin prosedurları ləğv edilməli olub və ya başqa xəstəxanalara yönləndirilib.