Son dəqiqə

Azərbaycan London

Londondakı səfirliyimizə qarşı təxribat edən şəxs həbs edildi

Bakı. TurkicWorld

Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə qarşı dəfələrlə təxribata, aksiyaya çağıran şəxs terror ittihamı ilə həbs olunub.

TurkicWorld xəbər verir ki, Böyük Britaniyanın ən tanınmış sağçı fəallarından olan Tommi Robinson terror ittihamı ilə saxlanılıb barəsində istintaq aparılır.

Məlumata əsasən, bu barədə müvafiq məlumat onun “X” sosial şəbəkəsindən yayılıb. Məlumatdan aydın olur ki, o, terrorla mübarizə qanunlarına əsasən həbs edilib.

Qeyd edək ki, Tommi Robinson dəfələrlə Azərbaycanın Britaniyadakı səfirliyinə qarşı təxribata çağırışlar edib. Tommi Robinson bu ilin mayın 25-də Londonda yaşayan islamafob və irqçi qüvvələrin Holland Park ərazisində yerləşən Azərbaycanın Londondakı səfirliyinin binası qarşısında keçirdiyi aksiyalara dəstək olub, öz tərəfdarlarını bu akiyalarda iştirak etməyə çağırıb. Həmin qrupun iyulun 20-də keçirdiyi ikinci aksiyada isə “islamçı Azərbaycan tərəfindən xristian ermənilərin soyqırımına qarşı dünya xristianlarını birləşməyə” çağırılıb.

Mövzuya görə xəbərlər