Bakı. TurkicWorld:
İngiltərənin paytaxtı Londonda "Soyqırımı dayandır" şüarı Fələstinə dəstək yürüşü keçirilib.
TurkicWorld-un məlumatına görə, toplaşan minlərlə insan İsrail səfirliyinə gedərək Qəzzaya atəşkəs çağırıb.
Toplaşan kütlə İsrail səfirliyinə yürüş edərək “Azad Fələstin”, “Qatil Netanyahu” kimi şüarlar səsləndirib.
Qeyd edək ki, oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 28 min 775 nəfərə çatıb.
Hafiz Rufizoğlu