Son dəqiqə

Qırğızıstan London

Qırğızıstan və İngiltərə bank sahəsində əməkdaşlığı genişləndirir

Bakı, TurkicWorld:

Qırğızıstanın Milli Bankının və dövlət kommersiya banklarının nümayəndə heyətinin London şəhərinə işgüzar səfəri çərçivəsində Qırğızıstan Respublikası Milli Bankının sədri Kubanıçbek Bokontaev və İngiltərə Bankının sədri Endryu Beyli arasında görüş keçirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Qırğızıstan Milli Bankı məlumat yayıb.

Mərkəzi bankların sədrləri Böyük Britaniya və Qırğız Respublikasında həyata keçirilən monetar siyasət məsələlərini müzakirə ediblər. Müzakirələr zamanı xüsusi diqqət yaranan inflyasiya amillərinə və tənzimləyicilərin pul siyasətinin gələcək istiqamətləri ilə bağlı gözləntilərə yönəldilib.

Tərəflər texniki əməkdaşlıq məsələlərində gələcək ikitərəfli qarşılıqlı fəaliyyəti gücləndirmək barədə razılığa gəliblər.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər