Son dəqiqə

Belarus Aleksandr Lukaşenko Avropada Adi Silahlı Qüvvələr Müqaviləsi

Belarus Adi Silahlı Qüvvələr haqqında Müqaviləni dayandırıb

Bakı, TurkicWorld:

Belarus Prezidenti Aleksandr Lukaşenko Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilənin fəaliyyətini dayandıran qanunu təsdiqləyib.

TurkicWorld xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanata əsasən, Avropada Adi Silahlı Qüvvələr haqqında Müqaviləyə qoşulan dövlətlərin əksəriyyəti sözügedən sənədi ratifikasiya etməkdən imtina edib.

“İştirakçı dövlətlərin Belarusa qarşı açıq düşmən addımlarına baxmayaraq, biz razılaşmanı həyata keçirməyə hazır idik”, – deyə bəyanatda bildirilib.

Qeyd edək ki, 1990-cı ildə Parisdə imzalanan və 1992-ci ilin iyulunda qüvvəyə minən “Avropada Adi Qüvvələr haqqında Müqavilə” NATO ilə Varşava Müqaviləsi Təşkilatı arasında imzalanıb. Razılaşmaya zirehli döyüş maşınları, döyüş tankları, döyüş təyyarələri, artilleriya və hücum helikopterləri kimi beş şərti silah kateqoriyasının sayının azaldılması, qarşılıqlı məlumat mübadiləsi və hər bir kateqoriya üçün müqavilə tərəflərini bağlayacaq məhdudiyyətlər daxildir.

Mövzuya görə xəbərlər