Son dəqiqə

Hüseyn Əmir Abdullahian İbrahim Rəisi qəza

Rəisini daşıyan helikopterlə bağlı ilkin hesabat açıqlanıb

Bakı, TurkicWorld:

İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və onu müşayiət edən şəxsləri daşıyan helikopterin qəzaya uğramasından sonra başlanılan istintaqın ilkin təhqiqat nəticələri açıqlanıb.

TurkicWorld xəbər verir ki, bu barədə İran Baş Qərargahı məlumat verib.

Hesabatda helikopterin əvvəlcədən müəyyən edilmiş marşrut üzrə davam etdiyi və uçuş marşrutunu dəyişmədiyi bildirilib.

Bundan başqa, pilotun qəzadan bir dəqiqə yarım əvvəl digər iki helikopterin pilotları ilə əlaqə saxladığı qeyd olunub.

Hesabatda bildirilib ki, idarəetmə qülləsinin uçuş heyəti ilə aparılan danışıqlar zamanı heç bir şübhəli vəziyyətə rast gəlinməyib.

Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində 9 nəfər həlak olub.

Mövzuya görə xəbərlər