Bakı. TurkicWorld:
İsrail baş naziri Binyamin Netanyahu Rəfaha hücumla bağlı ABŞ-dan razılıq alıb.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, iddialara görə, ABŞ hücuma razılıq verib, lakin atəşkəs prosesini balanslı saxlamaq üçün hücumun qısa müddətli olmasını istəyib.
Məlumata əsasən, Qətərdə nəşr olunan “Əl-Ərəbiyyə Əl-Cədid” qəzeti işğalçı İsrailin Rəfah şəhərinə hücum etməzdən əvvəl ABŞ-la müqavilə bağladığını və Misiri məlumatlandırdığını yazıb.
Qeyd edək ki, İsrail qüvvələri Rəfah sərhəd-keçid məntəqəsinin Fələstin tərəfinə nəzarəti ələ keçirib.