Son dəqiqə

İsrail Səudi Ərəbistan

Səudiyyə Ərəbistanı İsrailə xəbərdarlıq edib

Bakı,TurkicWorld

Səudiyyə Ərəbistanı İsrailin Qəzza zolağının bütün ərazilərinə hücum etmək və sakinlərini köçürmək istəyinə görə, Tel-Əvivə xəbərdarlıq edib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki ,Krallıq İsrailin bu addımını işğal planının bir parçası kimi dəyərləndirib.

Xarici İşlər Nazirliyi, Krallığın İsrail qüvvələri tərəfindən ərazidə humanitar böhranı gücləndirən və beynəlxalq sülh səylərini məhdudlaşdıran davamlı beynəlxalq hüququn pozulmasını qəti şəkildə rədd etdiyini bildirib.

Nazirlik, Krallığın beynəlxalq ictimaiyyəti işğal olunmuş Fələstin ərazilərində İsrail tərəfindən ərəblərin soyqurımını dayandırmaq üçün dərhal müdaxilə etməyə çağırıb.

BMT-nin insan haqları üzrə komissarı Volker Türk bazar ertəsi bildirib ki, İsrailin fələstinliləri Rəfahdan köçürmək əmri qeyri-insanidir və onları daha çox təhlükə və səfalətlə üzləşdirmək riski daşıyır. O xəbərdarlıq edib ki, bu cür hərəkətlər müharibə cinayəti sayıla bilər.

Mövzuya görə xəbərlər