Bakı. TurkicWorld:
İtaliya 2025-ci ildə Asiya İnkişaf Bankının (AİB) 58-ci illik toplantısına ev sahibliyi edəcək.
TurkicWorld bu barədə AİB-ə istinadən xəbər verir.
Məlumata görə, 2025-ci il 4-7 may tarixlərində keçiriləcək toplantının mövzusu "Təcrübə mübadiləsi, sabahkı günün formalaşması" olacaq.
Qeyd edilib ki, toplantı Milanda keçiriləcək. Bu, İtaliyada keçiriləcək ilk bu cür tədbir olmaqla yanaşı, AİB-in Avropada təqribən 10 il ərzində keçirilən ilk illik toplantısı olacaq.
Tədbiri şərh edən AİB prezidenti Masatsuqu Asakava iqlim və inkişaf problemlərinin daimi olduğunu və daimi səylər tələb etdiyini bildirib.
"İnnovasiya və səneyinin ön sıralarında olan və tərəqqi ruhu və əməkdaşlığı simvolizə edən Milan iqtisadi mərkəz kimi təcrübə mübadiləsi və daha yaxşı gələcək qurmaq üçün ideal məkandır. Əminəm ki, 2025-ci ildə keçiriləcək illik toplantı Milanın stimullaşdırıcı mühitində ortaq məqsədlərimizin təşviqi üçün möhtəşəm imkan olacaq", - deyə AİB prezidenti qeyd edib.
Xatırladaq ki, AİB-in 57-ci illik toplantısı Tbilisi şəhərində keçirilib.
Qeyd edək ki, illik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okean regionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdən keçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə min iştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi bankların rəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorun nümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, gənclər, elm və media nümayəndələri iştirak edir.