Son dəqiqə

Konqo

Konqoda bombalı hücumlarda 12 nəfər həyatını itirib

Bakı, TurkicWorld:

Konqonun şərqində məcburi köçkünlər üçün iki düşərgəyə edilən bombalı hücumlarda uşaqlar da daxil olmaqla azı 12 nəfər həyatını itirib.

TurkicWorld xəbər verir ki, bombalar Konqonun Qoma şəhəri yaxınlığındakı Lac Vert və Muqunqa düşərgələrinə düşüb.

"İnsan hüquqları və beynəlxalq humanitar hüquq kobud şəkildə pozulur və müharibə cinayəti təşkil edə bilər", - deyə BMT-dən bildirilib.

Qeyd edək ki, "M23" kimi tanınan üsyançı qrupun 2 ildir davam edən hücumu minlərlə insanın yaxınlıqdakı ərazilərdən şəhərə sığınmasına səbəb olub.

Mövzuya görə xəbərlər