BAKI,TurkicWorld, Nailə Babazadə
BMT-nin baş katibi Antonio Quterreş Konqo Demokratik Respublikası ilə Ruanda arasında Vaşinqtonda imzalanan sülh və iqtisadi razılaşmanı müsbət qiymətləndirib. Quterreşin sözçüsü Stefan Düjarrikin açıqlamasına görə, bu anlaşma iki ölkə arasında etimadın bərpası və şərqi Konqoda davamlı sülhün təmin olunması istiqamətində mühüm addım hesab olunur.
TurkicWorld xəbər verir ki, Baş katib həmçinin Doha və Afrika İttifaqının rəhbərlik etdiyi proseslərdə əldə edilən irəliləyişi alqışlayaraq tərəfləri atəşkəsə riayət etməyə çağırıb. BMT və MONUSCO-nun bölgədə sülh və sabitliyi dəstəkləməyə davam edəcəyi vurğulanıb.
Razılaşma, illərdir M23 qruplaşmasının hücumları ilə gərginləşən şərqi Konqodakı vəziyyəti sabitləşdirmək məqsədi daşıyır.







