Paris küçələrində dəvə paradı keçirilib

Paris küçələrində dəvə paradı keçirilib

Bakı, TurkicWorld

Paris küçələrində dəvə, lama və alpakaların paradı keçirilib.

TurkicWorld xəbər verir ki, paradda Səudiyyə Ərəbistanı, Oman, Əlcəzair, Mərakeş və Hindistan da daxil olmaqla 30 ölkədən dəvəçilik həvəskarlarından ibarət nümayəndə heyətləri iştirak edib.

Paradın əsas hissəsi Vinsen qəsrinin yaxınlığında baş tutub.

Qeyd edək ki, BMT 2024-cü ili Beynəlxalq Dəvə İli adlandırıb.