Bakı,TurkicWorld
Səudiyyə Ərəbistanı ilə Türkiyə arasında müdafiə və hərbi sahədə əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılır.
TurkicWorld xəbər verir ki, dünən keçirilən Səudiyyə-Türkiyə Hərbi Komitəsinin altıncı iclasında iki ölkə arasında müdafiə və hərbi koordinasiya imkanlarının inkişafı və birgə əməkdaşlıq yolları müzakirə edilib.
İclas Ankarada Səudiyyə Ərəbistanının Baş Qərargah rəisi general-leytenant Feyyad ər-Ruveyli və Türkiyənin Baş Qərargah rəisi general Metin Gürokun rəhbərliyi ilə baş tutub.
Bununla yanaşı, general-leytenant Feyyad ər-Ruveyli Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər ilə görüşərək, iki ölkə arasında müdafiə sahəsindəki ikitərəfli əlaqələr və əməkdaşlıq perspektivlərini nəzərdən keçirib.