Bakı. TurkicWorld:
Uqandada son üç həftədə "Qırmızı göz" xəstəliyi nəticəsində yeddi min 500 nəfər yoluxub.
TurkicWorld xəbər verir ki, bu barədə Uqanda Səhiyyə Nazirliyi məlumat verib.
Məlumatda bildirilib ki, bu xəstəlik fabriklər, bazarlar, meydanlar kimi mühitlərdə və əhalinin sıx olduğu şəhərlərdə sürətlə yayılır.
Mütəxəssislər “qırmızı göz” xəstəliyindən əziyyət çəkən insanlara qara eynək taxmağı tövsiyə ediblər.






