Bakı. TurkicWorld:
Mərkəzi Kəşfiyyat İdarəsi (CİA), Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri İbrahim Kalının İran-İsrail münaqişəsində vasitəçi olmasını istəyir.
TurkicWorld-un məlumatına görə, CİA-nin direktoru Uilyam Burns MİT rəhbəri İbrahim Kalına zəng edərək, İranın İsrailə hücumu iddiaları ilə bağlı vasitəçi olmasını istəyib.
Telefon danışığı zamanı onlar Qəzzada atəşkəs danışıqları ilə bağlı fikir mübadiləsi aparıblar.
Kalın amerikalı həmkarı ilə görüşündən sonra adı açıqlanmayan HƏMAS rəsmiləri ilə də görüş keçirib.