Son dəqiqə

Finlandiya

Finlandiyada məktəbdə atışma olub: ölən və yaralananlar var

Bakı. TurkicWorld:

Finlandiyanın paytaxtı Helsinki yaxınlığında məktəbə atışma nəticəsində 12 yaşlı bir uşaq dünyasının dəyişib, daha iki məktəbli ağır yaralanıb.

TurkicWorld xəbər verir ki, bu barədə Finlandiya polisi bildirib.

Məlumata əsasən, 12 yaşlı şübhəli saxlanılıb və hazırda nəzarətdədir.

Qeyd edək ki, hadisə Helsinkidən təxminən 18 kilometr (11 mil) şimalda yerləşən Vantaa şəhərindəki Viertola ibtidai məktəbində baş verib. Məktəbdə 1-ci və 9-cu siniflər olmaqla təxminən 800 şagird var.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər