Son dəqiqə

Finlandiya

Finlandiya prezidenti qaçqınların ölkədən çıxarılması ilə bağlı qanun imzalayıb

Bakı, TurkicWorld

Finlandiya prezidenti Aleksandr Stubb qaçqınların ölkədən çıxarılması ilə bağlı qanun imzalayıb.

TurkicWorld xarici mediaya istinadən xəbər verir ki, bu barədə dövlət başçısının aparatı məlumat yayıb.

Bildirilib ki, qanun iyulun 22-də qüvvəyə minəcək və bir il müddətində qüvvədə olacaq.

Qeyd edək ki, ötən gün bu qanun layihəsinin qəbuluna qarşı çıxan fəallar parlament binasına yürüş edərək sənədin müzakirəsini yarımçıq qoyublar.

Mövzuya görə xəbərlər