Bakı, TurkicWorld
Finlandiya hələ ki Rusiya ilə sərhəddi açmağı planlaşdırmır.
TurkicWorld xəbər verir ki, bu barədə "Yle" Finlandiyanın daxili işlər naziri Mari Rantanenə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Rusiya ilə sərhədin açılması məsələsi hələlik aktual deyil. Hökumət orqanları araşdırma aparacaq və vəziyyət hesab ediləndə sərhəd açılacaq.
Qeyd edək ki, 2022-ci ilin iyun ayında Finlandiyanın Daxili İşlər Nazirliyi hökumətin hibrid xarakterli təhdidlərlə mübarizə məqsədilə Rusiya ilə sərhəd rayonalarda hasar tikmək planlaşdırdığını bildirib.
Finlandiya hökuməti Rusiya ilə sərhəddə hasarın tikintisini sürətləndirmək üçün bu il əlavə olaraq 74 milyon avro ayırmağı planlaşdırır.