Hollandiyada çoxlu sayda insan girov götürülüb

Hollandiyada çoxlu sayda insan girov götürülüb

Bakı. TurkicWorld:

Hollandiyanın Gelderland əyalətinin Ede şəhərindəki kafedə insanların silahlı şəxs tərəfindən girov götürüldüyü bildirilib.

TurkicWorld xəbər verir ki, hadisə yerinə çoxlu sayda təhlükəsizlik qrupları sövq edilib.

Hadisə yeri polis tərəfindən mühasirəyə alınıb və ətrafdakı evlərdəki insanlar təxliyyə edilib.

Polis hadisənin terrorla əlaqələndirilməsinə dair heç bir dəlilin olmadığını bildirib.

X: Lamanasadli01