Son dəqiqə

Hollandiya

Hollandiyada universitetlərdə fələstinlilərin etirazları yenidən başlayıb

Bakı, TurkicWorld

Hollandiyada tələbələr universitet rəhbərliyinin İsrail institutları ilə əməkdaşlığı davam etdirməsinə etiraz olaraq Fələstinə dəstək nümayişlərini bərpa ediblər.

TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, yeni tədris ilinin başlaması ilə birlikdə Amsterdam Universitetinin Roeterseiland (UvA) kampusuna toplaşan yüzlərlə tələbə və alim universitet rəhbərliyini İsrail institutları ilə əlaqələrini kəsmədiyi üçün tənqid edib.

UvA rəhbərliyi tələbələr kampusa toplaşdıqdan sonra ehtiyat tədbiri olaraq əsas girişini bağlasa da, kampus ətrafında çoxlu polis məmurları yerləşdirilib.

Tələbələr, Fələstinə dəstək şüarları ataraq, polisdən şəhərciyi tərk etməsini istəyib.

Nümayişçilər daha sonra şəhər mərkəzinə gedib və Spui küçəsindəki UvA-nın Maagdenhuis binasının qarşısına toplaşıblar.

Burada da tələbələr bir müddət şüar və etirazlarını davam etdirərək nümayişi bitiriblər.

Xatırladaq ki, ötən həftə kiçik qrup Amsterdam Azad Universitetində (VU) tədris ilinin açılışında nümayiş keçirib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər