Bakı. TurkicWorld:
Finlandiya hökuməti Rusiya ilə sərhəddə hasarın tikintisini sürətləndirmək üçün bu il əlavə olaraq 74 milyon avro ayırmağı planlaşdırır.
TurkicWorld bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Qeyd olunub ki, bu məbləğ Finlandiyanın dövlət büdcəsində 2025-ci il üçün nəzərdə tutulmuş vəsaitdən ayrılacaq.
Məlumata görə, tikanlı məftillərdən ibarət hasarın əsasən Finlandiyanın cənub-şərqində təqribən 4 metr hündürlükdə və 200 kilometr uzunluqda tikilməsi planlaşdırılır. Belə ki, qanunsuz miqrasiya riskinin bu bölgədə daha yüksək olduğu bildirilib.
KİV yazır ki, hasarın sərhəd məntəqələrinin yanında tikiləcək birinci hissəsinin ümumi uzunluğu 70 kilometr olacaq. Hasarın bu hissəsinin tikintisinin 2024-2025-ci illlər ərzində, bütünlükdə hasarın tikintisinin isə 2026-cı ildə başa çatacağı gözlənilir. Hasarın ümumi dəyəri 380 milyon avro olaraq dəyərləndirilir.