Son dəqiqə

Fələstin İsrail UNİCEF

İsrailin Rəfaha hücumu fəlakətlə nəticələnə bilər - UNİCEF

Bakı. TurkicWorld:

Qəzzanı qana bulayan İsrail ölkənin cənubundakı Rəfah şəhərinə qurudan hücuma hazırlaşır. Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun icraçı direktoru Ketrin Rassel Rəfaha mümkün hücumun fəlakətlə nəticələnəcəyi barədə xəbərdarlıq edib.

TurkicWorld-un məlumatına görə, beynəlxalq ictimaiyyətin reaksiyalarına baxmayaraq, İsrail rəsmilərindən Rəfaha qurudan hücum planları ilə bağlı açıqlamalar gəlir.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu da Rəfaha mümkün hücumla bağlı narahatlığını bölüşüb.

İcraçı direktor Ketrin Rassel, Rəfaha qurudan hücumun fəlakətli olacağı barədə xəbərdarlıq edib.

Russell, 300 mindən az əhalisi olan Rəfahın İsrail hücumlarından qaçan qaçqınlarla birlikdə 1,5 milyon əhalisi olduğuna diqqət çəkib.

O, Qəzzada indiyədək 30 minə yaxın mülki itkinin 70 faizinin qadın və uşaqlar olduğunu vurğulayıb.

Russell xəbərdarlıq edib ki, İsrailin Rəfaha mümkün hücumları mülki əhali arasında itki və yaralanmaları xeyli artıracaq.

Qeyd edək ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla, 30 min fələstinli həlak olub, 70 min nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.

İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.

Mövzuya görə xəbərlər