Türkiyə Venesuela

Türk serialları Venesuelada gənclərin türkcəyə marağını artırıb

Bakı. TurkicWorld:

Türk serialları və Türkiyə-Venesuela əlaqələrinin inkişafı sayəsində Venesuelada yaşayan gənclərin türkcəyə marağı artır.

TurkicWorld-un məlumatına görə, Venesuelanın paytaxtı Karakasda ötən il fəaliyyətə başlayan Yunus Əmrə İnstitutunun (YEE) mədəniyyət mərkəzində açılan onlayn türkcə kurslarına bu il 180 nəfər qeydiyyatdan keçib.

Argelia Velaskes, MÜSİAD-ın Venesuela ofisində işlədiyi üçün türk dilini öyrənməyə başladığını və seriallara baxaraq təsirləndiyini də bildirib.

Türkiyəyə ilahiyyat təhsili almaq üçün gələn və bir il qaldıqdan sonra davam edə bilməyən Karlos Kapiello da öyrəndiyi türkcəni unutmaq istəmədiyini bildirib.

Türkiyəni çox sevdiyini, lakin iki ölkə arasında artan əlaqələrə görə ölkəsində ona daha çox ehtiyac olduğunu gördüyü üçün Venesuelaya döndüyünü ifadə edən Kapiello bildirib ki, Türkiyədən hər zaman zövq alıram.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər