1,7 milyon fələstinlinin getməyə yeri yoxdur - Borel

1,7 milyon fələstinlinin getməyə yeri yoxdur - Borel

Bakı. TurkicWorld:

1,7 milyon fələstinlinin qaçmağa yeri yoxdur və İsrailin Rəfaha hücumunun qarşısını almaq üçün ona təzyiqlər davam etməlidir.

TurkicWorld-un məlumatına görə, bu barədə Avropa İttifaqının Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Cozep Borel deyib.

"Misir sərhədindəki vəziyyətdən çox narahatıq. Görünən odur ki, İsrail tərəfindən yeni əməliyyat keçirilir. Netanyahu 1,7 milyon insanın hara təxliyə edilə biləcəyini demədən təxliyyə olunmasını istəyir",- deyə o qeyd edib.

Borrell dünən həm özünün, həm də Aİ ölkələrinin xarici işlər nazirlərinin İsraildən Misir sərhədində fələstinlilərə yardım axınına mane olmamasını tələb edən çoxlu mesajlar dərc etdiklərini bildirib.

"Biz indi narahatlığımızı ifadə etməkdən başqa nəsə etməliyik. İndi bir çox insanlar deyir ki, İsrailin hərəkətləri mütənasib deyil və ölənlərin sayı dözülməzdir. Hətta bunu İsrailin ən böyük dəstəkçisi Bayden də dilə gətirib. Amma mən soruşuram; sözdən başqa nə edə bilərik?",- deyə Borel vurğulayıb.

Borel əlavə edib ki, İsrailə təzyiq göstərməyə davam etməliyik. Humanitar aktyorları dəstəkləməyə davam etməliyik. Əgər İsrail 1,7 milyondan çox əhalisi olan bölgəyə hücum edərsə, onların qaçmağa yerləri yoxdur. Qəzzada insanlar qaça bilmir, onlar heç yerə qaça bilmədən bombalanırlar.

Qeyd edək ki, oktyabrın 7-dən bəri Qəzzada ölənlərin sayı 28 min 64 nəfərə çatıb