Son dəqiqə

Cozep Borrell UNRWA

İsrail UNRWA-nı terror təşkilatı elan etmək cəhdinə son qoymalıdır – Borrell

Bakı,TurkicWorld

İsrail uzun müddətdir ki, UNRWA-nı göz yummaqda və hətta HƏMAS ilə əməkdaşlıq etməkdə və 75 illik Fələstin qaçqın böhranını davam etdirməkdə günahlandırır.

TurkicWorld xəbər verir ki, bu sözləri Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell deyib.

O, İsrailin Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyini (UNRWA) terror təşkilatı elan etməsi və fəaliyyətini qadağan etməsi tələbini “cəfəngiyyat” adlandırıb.

Borrelin bəyanatı İsrail hökumətinin həftənin əvvəlində UNRWA-nı “terror təşkilatı” elan edən, onun ölkədə fəaliyyətini qadağan edən və işçilərinin toxunulmazlığını aradan qaldıran üç qanun layihəsinə parlamentdə ilk səsverməni keçirdikdən sonra verilib.

UNRWA isə öz növbəsində ittihamları rədd edir və İsrailin iddiaları ilə bağlı araşdırmaya başlayıb.

Qeyd edək ki, İsrailin iddialarından sonra 2022-ci il büdcəsinin yarısından çoxunu təmin edən ABŞ və digər səkkiz Qərb ölkəsi BMT-nin bütün bəyanatlarına baxmayaraq, agentliyə yardımlarını dayandırıb.

Mövzuya görə xəbərlər