Son dəqiqə

Yaponiya yenidənqurma işləri üçün Ukraynaya 106 milyon dollar ayıracaq

Bakı. TurkicWorld:

Yaponiya hökuməti Ukraynanın bərpası üzrə fevralın 19-na planlaşdırılan ikitərəfli konfransından sonra Kiyevə 15,8 milyard yen (təxminən 106 milyon dollar) məbləğində qrant köçürmək niyyətindədir.

TurkicWorld-un məlumatına görə, bu barədə "Kyodo" agentliyi mənbələrə istinadən bildirib.

Yaponiya tərəfinin Ukrayna ərazisinin minalardan təmizlənməsinə və ölkədə humanitar vəziyyətin yaxşılaşdırılmasına töhfə verəcəyi, yerli kənd təsərrüfatının, yeni istehsal növlərinin, o cümlədən biotexnologiya sahəsinin, eləcə də İT texnologiyalarının inkişafına təkan verəcəyi gözlənilir.

Bundan əlavə, Yaponiya Ukraynanın enerji və nəqliyyat infrastrukturunun bərpası üzrə işlər aparacaq.