Bakı. TurkicWorld:
Mississauqa ştatında məscidə edilən hücumu pisləyir və islamafobiyaya cəmiyyətdə yer olmadığını bildirirəm.
TurkicWorld-un məlumatına görə, bu sözləri Kanadanın baş naziri Castin Trüdo deyib.
Sözügedən hücumun 29 yanvar 2017-ci ildə Kvebek Şəhər İslam Mədəniyyət Mərkəzi məscidinə edilən silahlı hücumun ildönümünə təsadüf etdiyinə diqqət çəkən Trudeau bildirib ki, bu hücum, qorxaq, narahatedici və qəbuledilməzdir.
"Bu hücumu ən sərt şəkildə qınayıram. İslamofobiyanın cəmiyyətimizdə yeri yoxdur",- deyə o qeyd edib.
Kanada Müsəlmanlarının Milli Şurası hücumun "ölkədə İslama qarşı nifrətin narahatedici yüksəlişinin bir hissəsi" olduğunu bildirib.
Noyabr ayında Torontodakı səlahiyyətlilər, Kanadanın ən böyük şəhərində antisemitizm və müsəlmanlara qarşı nifrət cinayətlərinin sayının Qəzzada qarşıdurma başlayandan bəri əhəmiyyətli dərəcədə artdığını söyləyib.
Aytac Süleymanova
Twitter: a_alieva_