Bakı. TurkicWorld:
NATO-nun baş katibi Yens Stoltenberq İsveçin NATO-ya qəbul protokolu ilə bağlı qərarına görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
TurkicWorld-un məlumatına görə, Stoltenberq Monteneqronun baş naziri Milojko Spajic ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında İsveçin iştirakının NATO-nu daha da gücləndirəcəyini vurğulayıb.
Stoltenberq İsveçin üzvlüyünün Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında qəbul edilməsindən məmnun olduğunu ifadə edərək, "Mən də Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edirəm"deyib.
Stoltenberq, həmçinin Macarıstanın Baş naziri Viktor Orban və hökumətindən İsveçin NATO-ya qatılması ilə bağlı dəstək mesajını alqışladığını ifadə edərək, Macarıstan parlamenti toplanan kimi Macarıstanın təsdiqini səbirsizliklə gözlədiyini vurğulayıb.
Macarıstan parlamentinin fevralın sonunda yenidən toplanacağını bildirən Stoltenberq, İsveçin üzvlük üçün bu tarixi gözləmək lazım olduğunu bildirib.
Monteneqronun baş naziri Spajiç də İsveçin ən qısa zamanda NATO üzvü olmasını istədiklərini və bu prosesdə Türkiyə və Macarıstandan gələn "yaxşı xəbəri" alqışladıqlarını bildirib.
Qeyd edək ki, İsveç də NATO-ya üzv olmaq üçün Macarıstan parlamentindən razılıq almalıdır.
Aytac Süleymanova
Twitter: a_alieva_