Son dəqiqə

ABŞ Ceyson Epşteyn Robert F. Kennedi Donald Tramp John Kennedy

ABŞ tarixinin ən böyük qaranlıq dosyeləri ictimaiyyətə açıqlanacaq

Bakı,TurkicWorld

Kennedinin qətli və Epşteyn işi ilə bağlı yeni məxfi sənədlər açıqlanacaq.

TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Con Kennedinin (JFK) qətli və milyarder Ceffri Epşteynin işi ilə bağlı məxfi sənədlərin tezliklə mətbuatda dərc olunacağını bildirib.

Tramp müsahibəsində JFK sui-qəsdi və Epşteynlə bağlı sənədlərin açıqlanması ilə bağlı sualları cavablandırıb. O, prezidentliyi dövründə bəzi şəxslərin ona sənədlərin tam açıqlanmamasını tövsiyə etdiyini, lakin indi həmin sənədlərin yayımlanması prosesinin sürətləndiyini qeyd edib. Tramp Kennedinin qətli ilə bağlı 2000 yeni sənədin üzə çıxdığını və bu məlumatların yaxın həftələrdə ictimaiyyətə açıqlanacağını vurğulayıb.

ABŞ Baş prokuroru Pam Bondi isə martın 4-də FTB-nin Epşteyn işi ilə bağlı minlərlə səhifəlik sənədi Ədliyyə Nazirliyinə təqdim etdiyini açıqlayıb. O, sənədlərin niyə indiyə qədər paylaşılmadığına dair hesabatın hazırlanacağını da bildirib.

Yanvarın 23-də Tramp Kennedinin qətli ilə bağlı məxfi sənədlərin ictimaiyyətə açıqlanmasını tələb edən sərəncam imzalayıb. Bu fərman həmçinin Kennedinin qardaşı Robert Kennedi və Martin Lüter Kinqin qətli ilə bağlı sənədlərin dərc olunmasını da nəzərdə tutur.

Trampın göstərişi ilə Kennedi araşdırması başlayıb

2019-cu ildə həbsxanada ölü tapılan Ceffri Epşteynin ölümü ilə bağlı isə, rəsmi olaraq intihar versiyası irəli sürülsə də, ailəsi bu iddianı təkzib edib və şübhələr səsləndirib.

Son günlərdə yayımlanan 4500-dən çox məxfi sənəddə Şahzadə Endryu, keçmiş prezidentlər Bill Klinton və Donald Tramp, İsrailin keçmiş baş naziri Ehud Barak, aktyor Kevin Spacey, müğənni Maykl Cekson və digər məşhur şəxslərin adları çəkilir. Lakin sənədlərdə keçmiş prezidentlərə qarşı konkret ittiham irəli sürülməyib.

Qeyd edək ki, Kennedinin qətli ilə bağlı illərdir müxtəlif konspirasiya nəzəriyyələri mövcuddur. Epşteyn işində isə tanınmış şəxslərin adlarının hallanması ictimaiyyətdə böyük müzakirələrə səbəb olub.

Mövzuya görə xəbərlər