Regional sülh Türkiyə vasitəsilə əldə edilə bilər - Entoni Blinken

Regional sülh Türkiyə vasitəsilə əldə edilə bilər - Entoni Blinken

Bakı. TurkicWorld:

Regional sülh Türkiyə vasitəsilə əldə edilə bilər.

TurkicWorld-un məlumatına görə, bu sözləri ABŞ dövlət katibi Entoni Blinken deyib.

"Qəzzada dinc sakinləri qorumaq və humanitar yardımın daxil olmasına icazə verməsi üçün İsrailə təzyiqlər edəcəyik. Türkiyə Qəzza müharibəsinin sona çatmasında daha böyük rol oynayır. Türkiyənin müharibədən sonra da Qəzzada təhlükəsizliyin təmin olunmasında rol almağa hazırdır",- deyə Blinken bildirib.

Entoni Blinken vurğulayıb ki, əminliklə bildiririk ki, İsrail-Fələstin müharibəsinin bölgəyə yayılmasına icazə verməyəcəyik.

Qeyd edək ki, oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 23 min 210 nəfərə çatıb.

Aytac Süleymanova

Twitter: a_alieva_