Təmas Qrupu Ər-Riyadda Fələstin məsələsini müzakirə edib

Təmas Qrupu Ər-Riyadda Fələstin məsələsini müzakirə edib

Bakı. TurkicWorld:

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Liqası tərəfindən Qəzzada qırğına son qoyulması və davamlı sülhün təmin edilməsi üçün yaradılmış Təmas Qrupu Ər-Riyadda Fələstin məsələsini müzakirə edib.

TurkicWorld xəbər verir ki, iclasda İKT-nin mayın 4-də Banjulda keçiriləcək Zirvə toplantısında qəbul ediləcək qərarlar müzakirə edilib.

Fələstinin dövlət olaraq tanınması prosesində atılacaq ortaq addımların müzakirə edildiyi görüşdə İsrailə və İsrailə dəstək verən ölkələrə qarşı tətbiq oluna biləcək təzyiq elementləri dəyərləndirilib.

Türkiyə xarici işlər naziri Hakan Fidan Təmas Qrupu toplantısına əlavə olaraq bu gün və sabah Ər-Riyadda çoxtərəfli və ikitərəfli görüşlərini davam etdirəcək.

Qeyd edək ki, Fidan bu gün İordaniyanın xarici işlər naziri Ayman əl-Safedi, Norveçin xarici işlər naziri Espen Barth Eide, Yəmənin xarici işlər naziri Şai Muhsin Zindaninin Avropa İttifaqı (Aİ) Komissiyasının vitse-prezidenti və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell ilə görüşü planlaşdırılır.

Hafiz Rufizoğlu