Son dəqiqə

Fələstin İsrail Qəzza zolağı HƏMAS

HƏMAS atəşkəs razılaşması ilə bağlı cavabını sabah verəcək

Bakı. TurkicWorld:

HƏMAS atəşkəs razılaşması ilə bağlı cavabını sabah verəcək.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə Misir mətbuatı bildirib.

Məlumata görə, HƏMAS Hərəkatı Qəzza zolağında təklif edilən yeni atəşkəs və İsraillə əsir mübadiləsi sazişi ilə bağlı cavabını sabah açıqlayacaq.

Xəlil əl-Hayyenin başçılıq etdiyi Həmas nümayəndə heyəti hərəkatın Qəzzada atəşkəs təklifinə cavabını çatdırmaq üçün bazar ertəsi Qahirəyə gələcək.

HƏMAS Siyasi Bürosunun üzvü Xəlil əl-Hayye aprelin 24-də verdiyi açıqlamada İsraillə dolayı danışıqlarda çevik mövqe nümayiş etdirdiklərini, lakin Təl-Əviv rəhbərliyinin Qəzzaya qarşı müharibəni dayandırmaqdan imtina etdiyini və prosesi uzatdıqlarını bildirib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər