Qəzzadakı münaqişənin uzanmasını istəmirik – Qətər XİN

Qəzzadakı münaqişənin uzanmasını istəmirik – Qətər XİN

Bakı. TurkicWorld:

Qəzzadakı münaqişənin uzanmasını istəmirik.

TurkicWorld xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid Əl-Ənsari deyib.

“Razılaşmağa yaxınlaşdığımız zaman təxribatlarla buna zərər vurulur.” – deyə Əl-Ənsari bildirib.

O, Qətərin atəşkəs danışıqları zamanı davranışları ilə bağlı Həmas və İsraillə məyusluğunu müzakirə edib.

“Biz hər iki tərəfdə daha çox öhdəlik və daha ciddilik görəcəyimizə ümid edirdik. Biz beynəlxalq tərəfdaşlarımızın köməyi ilə hər iki tərəfə razılaşmaya təzyiq edə biləcəyimizə ümid edirik. Lakin hazırda biz hər iki tərəfdən prosesin özünə və vasitəçiliyə çox sadiq olmadığını görürük” - deyə Əl-Ənsari bildirib.

Hafiz Rufizoğlu