Son dəqiqə

İmran xan

İmran Xan Pakistanda parlament seçkilərində namizədliyini irəli sürə bilməyəcək

Bakı. TurkicWorld:

Pakistanın keçmiş baş naziri İmran Xan ölkədə fevralın 8-də keçiriləcək parlament seçkilərində iştirak edə bilməyəcək.

TurkicWorld xəbər verir ki, bu barədə "Reuters" agentliyi İmran Xanın vəkilinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Pakistan məhkəməsi İmran Xanın siyasi fəaliyyətdən kənarlaşdırılması barədə qərardan apellyasiya şikayətini təmin etməyib.

Xatırladaq ki, İmran Xana qarşı ümumilikdə 150-dən çox məhkəmə işi açılıb. Bir qədər əvvəl keçmiş baş nazirin məhkəməsi siyasətçinin saxlanıldığı həbsxanada keçirilib.

Mövzuya görə xəbərlər