Litva və ABŞ 2028-ci ilə qədər hərbi əməkdaşlıq planı imzalayıb

Litva və ABŞ 2028-ci ilə qədər hərbi əməkdaşlıq planı imzalayıb

Bakı. TurkicWorld:

Litva və ABŞ 2024-2028-ci illər üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalayıb.

TurkicWorld xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyi məlumat yayıb.

"Litva və ABŞ beynəlxalq təhlükəsizliyə təhdidləri eyni dərəcədə qiymətləndirən müttəfiqlərdir. Bunu imzalanmış sənəd sübut edir", - Litva Müdafiə Nazirliyinin bəyanatında deyilir.