İsveçrə Rusiyanın aktivlərini dondurdu

İsveçrə Rusiyanın aktivlərini dondurdu

Bakı. TurkicWorld:

İsveçrə Rusiyanın 7,7 milyard İsveçrə frankı (8,8 milyard ABŞ dolları) dəyərində aktivlərini dondurub.

TurkicWorld bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, 2022-ci ilin dekabrında bu ölkənin hakimiyyəti Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyalarına qoşulduqdan sonra Rusiyanın 7,5 milyard İsveçrə frankı (8,4 milyard dollar) məbləğində aktivlərinin dondurulduğunu bildirib.

İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) qeyd edib ki, məhkəmə proseslərinə görə dəqiq rəqəm söyləmək çətindir.