Türkiyə Rusiya təbii qaz

Rusiya qaz qovşağının yaradılması üçün yol xəritəsini Türkiyəyə təqdim edib

Bakı. TurkicWorld:

Rusiya qaz qovşağının yaradılması üçün yol xəritəsi hazırlayıb və onu Türkiyəyə təqdim edib.

TurkicWorld xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak "RT Arabik"ə müsahibəsində bildirib.

"Hazırda bu layihə müzakirə mərhələsindədir, yol xəritəsi hazırlanıb və türkiyəli tərəfdaşlara təqdim edilib. Onlar bunu nəzərdən keçirirlər. Yol xəritəsi imzalanan kimi tədbirlər planına uyğun olaraq həyata keçiriləcək", - deyə o, vurğulayıb.

Xatırladaq ki, 2022-ci ilin oktyabrında Rusiya prezidenti Vladimir Putin Qara dənizin dibi ilə Rusiya Federasiyasından Türkiyəyə əlavə qaz kəmərlərinin çəkilməsi, eləcə də Avropa İttifaqının sərhədində Avropada qazın qiymətinin müəyyən edilməsi üçün digər mərkəzlərə alternativ ola biləcək qaz qovşağının yaradılması təşəbbüsü ilə çıxış edib.

Mövzuya görə xəbərlər