Son dəqiqə

XİN Səudiyyə Ərəbistanı İslam Əməkdaşlıq Təşkilatı Qəzza

Səudiyyə Ərəbistanı Qəzza münaqişəsi ilə bağlı İƏT-in xarici işlər nazirlərini fövqəladə iclasa çağırıb

Bakı. TurkicWorld:

Səudiyyə Ərəbistanı İsrailin blokadası altında olan Qəzza zolağındakı vəziyyətlə bağlı hadisələri müzakirə etmək üçün İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin xarici işlər nazirlərini təcili toplantıya çağırıb.

TurkicWorld-un məlumatına görə, Qəzzada Fələstin-İsrail münaqişəsi zamanı yaranan gərginliyi müzakirə etmək üçün İƏT-ə “xarici işlər nazirləri səviyyəsində fövqəladə toplantı” çağırılıb.

Qeyd edək ki, 7 oktyabr tarixində İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail ordusu müharibəyə hazırlıq vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər