Son dəqiqə

BMT Avropa İttifaqı Ukrayna Cozep Borrell

Aİ xarici işlər nazirləri növbəti iclasını Kiyevdə keçirəcək

Bakı. TurkicWorld:

Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin növbəti iclası ilk dəfə Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək.

TurkicWorld-un məlumatına görə, bu barədə Aİ Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel danışıb.

"Sülh prosesini sürətləndirmək və mümkün qədər çox BMT üzvünün dəstəyini təmin etmək üçün Ukrayna ilə danışıqlarımızı davam etdiririk. Bunun üçün bütün nazirlərimiz tərəfdaşları ilə intensiv təmasları davam etdirəcəklər. Önümüzdəki həftələrdə keçiriləcək xarici işlər nazirlərinin toplantısı ilk dəfə Kiyevdə keçiriləcək",- deyə Borrel bildirib.

Qeyd edək ki, BMT Baş Assambleyasının 78-ci sessiyası 19-25 sentyabr tarixlərində Nyu-Yorkda keçiriləcək.

Mövzuya görə xəbərlər