Liviyada 3 gün matəm elan edilib

Liviyada 3 gün matəm elan edilib

Bakı. TurkicWorld:

Liviya hökuməti ölkənin şimal-şərq şəhərlərini vuran "Daniel" siklonunun səbəb olduğu daşqınlar nəticəsində 250-dən çox insanın ölümündən sonra üçgünlük milli matəm elan edib.

TurkicWorld bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Xatırladaq ki, sentyabrın 10-da Liviyanın şimal-şərqini vuran "Daniel" siklonu sahilyanı şəhərlərə güclü küləklər, leysan və tufanlar gətirib.