Son dəqiqə

Ermənistan Rusiya Mariya Zaxarova Moskva

Rəsmi Moskvadan Rusiya xadimlərinin Ermənistana buraxılmamasına reaksiya

Bakı. TurkicWorld:

Ermənistanın bir sıra Rusiya xadimlərini qara siyahıya salması iki ölkə arasındakı qarşılıqlı əlaqələrə zərər vurur.

TurkicWorld xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova İrəvanda keçirilən Rusiya-Ermənistan media forumunun iştirakçılarını salamlayarkən deyib.

O, bir sıra Rusiya xadimlərinin Ermənistana buraxılmamasını nifrət oyadan presedent adlandırıb.

"Ölkəmizin aparıcı media menecerləri və politoloqları olan, qanunu pozmamış, yalnız öz şəxsi fikirlərini bildirmiş şəxslərin bu cür "arzuolunmaz" elan edilməsi Rusiya ilə Ermənistan arasında xüsusən informasiya sahəsində qarşılıqlı fəaliyyətə ciddi zərər vurur", - Zaxarova deyib.

Mövzuya görə xəbərlər