Pakistan Əfqanıstanla sərhəddi bağlayıb

Pakistan Əfqanıstanla sərhəddi bağlayıb

Bakı. TurkicWorld:

Hər iki tərəfin sərhədçilərinin bir-birinə atəş açması nəticəsində Pakistan Əfqanıstanla sərhəddini bağlayıb.

TurkicWorld-un məlumatına görə, Əfqanıstan və Pakistan sərhədçiləri Hayber Paxtunxva əyalətində sərhəd-keçid məntəqəsində bir-birinə atəş açıblar, xəsarət alan olmayıb.

Gərginliyi azaltmaq üçün Pakistan sözügedən sərhədi bağlayıb. Sözügedən sərhəd qapısı iki ölkə arasında ən mühüm sərhədlərdən biridir.

Pakistan rəsmiləri qeyd edib ki, sərhəd mühüm ticarət yoludur.

Digər tərəfdən, Taliban müvəqqəti hökumətinin Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Metin Kani tərəflər arasında münaqişənin olduğunu təsdiqləyib və belə hadisələrin baş verməməsi üçün səy göstərəcəklərini bəyan edib.

Taliban müvəqqəti hökumətinin Daxili İşlər Nazirliyinin sosial media hesabından verilən açıqlamada münaqişənin Pakistan tərəfinin başladığı və Taliban qüvvələrinin cavab verdiyi bildirilib.

Aytac Süleymanova

Twitter: a_alieva_