
Bakı. TurkicWorld:
Mayın 29-dan iyunun 25-dək dünyada bir milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 5,7 mindən çox insan isə dünyasını dəyişib.
TurkicWorld-un məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
Məlumata əsasən, ölənlərin sayı əvvəlki 28 günlə müqayisədə 61 faiz, yoluxmaların sayı isə 49 faiz azalıb.
Dörd həftə ərzində dünyada 1 024 136 yoluxma halı və 5 751 ölüm halı qeydə alınıb.
Bu dövrdə ən çox yoluxma Koreya Respublikasında qeydə alınıb - 371 513 hal.